Beyləqan. Trend:
Beyləqanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.
Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndiərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobiliidarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə rayon sakinləri - 1977-ci il təvəllüdlü Qurbanov İlhamMütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlumüxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Beyləqan RayonMərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.