RU

Azot gübrəsinin qiyməti niyə 50 faiz bahalaşdı? – Agentlikdən rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, 20-25 gün öncə 28 manat olan azot gübrəsi bazarlarda hal-hazırda 40-45 manatdan aşağı satılmır. 20-25 gün öncə isə 28 manat olub.

50 faizə yaxın qiymət artımının səbəbi nədir? Rəsmi orqanlar tərəfindən buna qarşı hansı tədbirlər görülür? Bu süni bahalaşma nə ilə əlaqədardır?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən NOCOMMENT.az -ın sorğunuza cavab verilib.

Cavabda bildirilib: “Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.

Bununla belə, qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri çərçivəsində mütəmadi monitorinqlər aparılır.

Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır”.

Aliyə

NOCOMMENT.az

Избранный
27
nocomment.az

1Источники