RU

DOST TV QHT ekspertləri üçün də mühüm bir platformaya çevrilib - CƏSARƏT HÜSEYNZADƏ

“2024-cü ilin 2 aprel tarixində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV göstərdi ki, maarifləndirmə istiqamətində sistemli fəaliyyət cəmiyyət üçün çox vacidbri.”

Bu fikirləri QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

“DOST TV-nin maraqlı fəaliyyət istiqamətlərindən biri də ənənəvi olaraq vətəndaşların problemlərinin həlli və onların səsinin çatdırılması istiqamətində atdığı addımlardır. Artıq bu platforma vətəndaşların sosial tribunası rolunu oynayır ki, bu da çox müsbət bir haldır.

Mən hesab edirəm ki, DOST TV həmçinin QHT sahəsində çalışan ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri üçün də mühüm bir platformaya çevrilib. Müxtəlif sosial, hüquqi və ictimai mövzularda QHT nümayəndələri öz fikirlərini, təkliflərini və təşəbbüslərini bu televiziya vasitəsilə geniş ictimaiyyətə çatdırmaq imkanı əldə edirlər. Bu isə vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə, ictimai dialoqun güclənməsinə və cəmiyyət üçün aktual məsələlərin daha açıq müzakirəsinə şərait yaradır.  Maraqlı debatlar və müzakirələr alternativ baxışların formalaşmasına imkan yaradır.”

Bu, eyni zamanda dövlət qurumları üçün də effektiv ictimai nəzarət mexanizminə çevrilir.

“2 il uzun müddət olmasa da, DOST TV artıq öz missiyasını müsbət mənada göstərə bilib və hesab edirəm ki, gələcək fəaliyyəti də sosial sahədə vətəndaşların biliklərinin artırılması və hüquqlarının müdafiəsi istiqamətində mühüm rol oynayacaq.” –deyə Cəsarət Hüseynzadə vurğulayıb.

 

Избранный
23
qht.az

1Источники