RU

DÇ 2026 intriqası: İran ABŞ də, yoxsa Meksikada meydana çıxacaq?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi FIFA prezidenti Canni İnfantinonun ölkə yığmasının 2026-cı il dünya çempionatındakı iştirakı ilə bağlı açıqlamasına reaksiya verib.

Oxu.Az xəbər verir ki, "Footmercato" nəşrinə danışan M.Nəbi planetin ali futbol qurumunun qərarlarına hər zaman ehtiramla yanaşdıqlarını xüsusi vurğulayıb:

"Bizim üçün ən həlledici məqam FIFA-nın mövcud qaydaları və reqlamentləridir. Qurumun verəcəyi istənilən qərara hörmət edəcəyik. Turnirə ev sahibliyi edən hər bir ölkə FIFA qarşısında konkret öhdəlik götürüb və buna mütləq əməl etməlidir. Canni İnfantino yoldaşlıq görüşləri keçirdiyimizi öyrəndikdən sonra şəxsən bizimlə görüşdü və aramızda olduqca məhsuldar bir dialoq baş tutdu".

Xatırladaq ki, bir müddət əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın DÇ-2026 çərçivəsindəki matçlarının ABŞ-dən Meksikaya keçirilməsi ehtimalı üzrə danışıqların aparıldığını ictimaiyyətə açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
50
oxu.az

10Источники