RU

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində kəskin artım qeydə alınıb.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Niderlandın TTF habında may ayı üzrə fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 6 faiz artaraq 50,3 avro təşkil edib.

Qitədəki qaz anbarlarının doluluq nisbəti isə 27 faizə düşüb.

Qazın qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı müharibənin davam edəcəyinə dair açıqlamalarından sonra kəskin artım göstərib.

Ekspertlərin fikrincə, “köhnə qitə”nin enerji bazarı təbii qaz təchizatında potensial fasilələrə qarşı həssas olaraq qalır.

Bizim.Media

Избранный
9
4
bizim.media

5Источники