Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 50-ni keçib.
İnterpress.az xəbər verir ki, bu barədə “Xinhua” Milli Fəlakətlərlə Mübarizə İdarəsinə istinadən məlumat yayıb.
Əfqanıstanda baş verən güclü daşqınlar nəticəsində insan tələfatı və xəsarət alanların sayı artmaqda davam edir.
Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb, daha 89 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hökumət strukturları ərazilərdə xilasetmə işlərini davam etdirir və fəlakətdən zərər çəkmiş sakinlərə yardım göstərilməsi istiqamətində tədbirlər görür.
Xuraman Etibarlı
İnterpress.az