RU

10 il əvvəl erməni ordusunun yaşadığı darmadağın Tarixi əməliyyat

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“2016-cı ilin aprel ayında baş vermiş hərbi əməliyyatlar müasir Azərbaycan dövlətçiliyinin inkişaf dinamikasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”.

Bu sözləri Globalinfo.az-a Aprel döyüşləri ilə bağlı danışan deputat Rövşən Muradov bildirib.

O qeyd edib ki, Aprel döyüşləri yalnız lokal xarakterli silahlı qarşıdurma deyil, həm də beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli mövqenin praktik təsdiqi və işğal faktoru ilə barışmayan milli iradənin qəti ifadəsi olub:

“Uzun illər davam edən danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi və mövcud status-kvonun saxlanmasına yönəlmiş siyasəti regionda davamlı sülhün formalaşmasına ciddi maneə yaradırdı. Belə mürəkkəb geosiyasi şəraitdə baş vermiş Aprel döyüşləri Azərbaycanın strateji səbrinin tükənmədiyini, lakin dövlətin fundamental maraqlarının təmin olunması üçün bütün vasitələrdən istifadə etməyə qadir olduğunu nümayiş etdirdi. Həmin dövrdə Prezident İlham Əliyevin prinsipial mövqeyi dövlətin milli təhlükəsizlik strategiyasının ardıcıl və sistemli xarakter daşıdığını göstərdi. Prezidentin “Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir” bəyanatı yalnız siyasi açıqlama deyil, həm də milli inkişaf strategiyasının ideoloji əsasını təşkil edən konseptual tezisdir. Aprel döyüşləri göstərdi ki, uzun illər ərzində həyata keçirilən ordu quruculuğu siyasəti real nəticələr verib və hərbi potensial strateji üstünlüyə çevrilib”.

Deputat vurğulayıb ki, qısa müddətdə bir sıra mühüm strateji yüksəkliklərin və əlverişli mövqelərin ələ keçirilməsi yalnız hərbi baxımdan deyil, siyasi və psixoloji aspektdə də əhəmiyyətli olub:

“Ermənistan tərəfindən illərlə formalaşdırılmağa çalışılan “məğlubedilməz ordu” stereotipi Aprel döyüşlərində ifşa olundu və regional güc balansının dəyişdiyini açıq göstərdi. Hadisə beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, status-kvo davamlı deyil və münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Aprel döyüşləri regiondakı siyasi reallıqların transformasiyasına təkan verən fundamental strateji hadisədir. Bu döyüşlər zamanı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi milli həmrəylik dövlət və xalq birliyinin sarsılmaz xarakter daşıdığını sübut etdi. Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün əsas komponenti kimi çıxış edib və həyata keçirilən siyasətin ictimai legitimliyini gücləndirib”.

R.Muradov bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər təsadüfi hərbi uğur deyil, məhz 2016-cı ilin Aprel döyüşlərindən sonra formalaşmış strateji konsepsiyanın nəticəsidir:

“Bu dövrdə həyata keçirilən hərbi modernizasiya, yüksək texnologiyaların tətbiqi, peşəkar kadr potensialının gücləndirilməsi və milli təhlükəsizlik prioritetlərinin müəyyənləşdirilməsi Azərbaycanın üstünlüyünü daha da möhkəmləndirdi. Aprel döyüşləri milli özünəinamın artmasına, qələbə əzminin güclənməsinə və cəmiyyətin psixoloji hazırlığının təmin olunmasına mühüm töhfə verdi. Bu mənada Aprel döyüşləri 44 günlük müharibənin ideoloji, hərbi-strateji və mənəvi başlanğıc nöqtəsi kimi çıxış edib”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
globalinfo.az

1Источники