RU

2026 Dünya Çempionatına son iştirakçılar da məlum oldu Qruplar və ilk oyunların vaxtı

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı il Dünya Çempionatına son qatılan komandalar açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Konqo Demokratik Respublikası və İraq interkontinental play-off oyunlarını qələbə ilə başa vuraraq turnirdə iştirak hüququ qazanıblar.

Konqo Demokratik Respublikası finalda Yamaykanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə Dünya Çempionatına vəsiqə əldə edib. Digər final oyununda İraq əsas vaxtda Boliviyanı 2:1 hesabı ilə üstələyib. Bu, İraq milli komandası üçün ikinci Dünya Çempionatı iştirakıdır; komanda əvvəllər 1986-cı ildə turnirdə mübarizə aparmışdı.

2026 Dünya Çempionatının qrup tərkibi:

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, ÇexiyaB qrupu: Kanada, Bosniya və Herseqovina, Qatar, İsveçrəC qrupu: Braziliya, Mərakeş, Haiti, ŞotlandiyaD qrupu: ABŞ, Paraqvay, Avstraliya, TürkiyəE qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, EkvadorF qrupu: Niderland, Yaponiya, İsveç, TunisG qrupu: Belçika, Misir, İran, Yeni ZelandiyaH qrupu: İspaniya, Cabo-Verde, Səudiyyə Ərəbistanı, UruqvayI qrupu: Fransa, Seneqal, İraq, NorveçJ qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniyaK qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, KolumbiyaL qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

Finallar mərhələsinin ilk oyunları:

11 iyun, 22:00 — Meksika vs Cənubi Afrika (A qrupu)12 iyun, 05:00 — Cənubi Koreya vs Çexiya (A qrupu)12 iyun, 22:00 — Kanada vs Bosniya (B qrupu)13 iyun, 22:00 — Qatar vs İsveçrə (B qrupu)13 iyun, 04:00 — ABŞ vs Paraqvay (D qrupu)14 iyun, 01:00 — Braziliya vs Mərakeş (C qrupu)14 iyun, 04:00 — Haiti vs Şotlandiya (C qrupu)14 iyun, 07:00 — Avstraliya vs Türkiyə (D qrupu) Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
20
bizimyol.info

10Источники