RU

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
 

Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib və quduzluğa qarşı zərdab vurulub.


Qeyd edək ki, son vaxtlar rayonda itqapma ilə bağlı xəstəxanaya müraciət edən insanların sayının artdığı bildirilir.

Martın 10-da da Biləsuvarda 1974-cü il təvəllüdlü bir kişinin əlini it qapmış, nəticədə barmağı amputasiya olunmuşdu.


Bizim.Media

Избранный
5
2
bizim.media

3Источники