RU

ABŞ nin ticarət kəsiri 4,9% artıb

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Bu ilin fevral ayında ABŞ-nin ticarət kəsiri əvvəlki aya nisbətən 4,9% artaraq 57,3 milyard dollara çatıb.

Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, fevral ayında ixrac həcmi 12,6 milyard dollar (4,2%) artaraq 314,8 milyard dollara çatıb. Mal ixracı 11,5 milyard dollar artaraq 206,9 milyard dollara, xidmət ixracı isə 1,1 milyard dollar artaraq 107,9 milyard dollara çatıb.

İdxalın həcmi 15,2 milyard dollar (4,3%) artaraq 372,1 milyard dollara çatıb. Malların idxalı 14 milyard dollar artaraq 291,5 milyard dollara, xidmətlərin idxalı isə 1,3 milyard dollar artaraq 80,6 milyard dollara çatıb.

Fevral ayında mal ticarət kəsiri 2,5 milyard dollar artaraq 84,6 milyard dollara çatıb, xidmət ticarəti profisiti isə 0,2 milyard dollar azalaraq 27,3 milyard dollara düşüb.

Avropa İttifaqı ilə mal ticarətində kəsir 5,1 milyard dollar, Çinlə 13,1 milyard dollar, Yaponiya ilə 4,7 milyard dollar təşkil edib. Böyük Britaniya ilə ticarətdə isə 5,6 milyard dollarlıq müsbət saldo qeydə alınıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
bakivaxti.az

2Источники