RU

"Qalatasaray" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb

"Qalatasaray" Türkiyə Super Liqasının XXVIII turunda keçiriləcək "Trabzonspor" matçdan əvvəl Qabriel Sara, Uğurcan Çakır və Viktor Osimhenin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qabriel Saranın bugünkü MRT müayinəsində sol topuğunun medial-ön lateral bağında zədələnmə və sümükdə şişkinlik aşkar edilib.

Milli komandadan qayıdan Uğurcan Çakır günü infeksiya səbəbindən müalicə alaraq keçirib. 

Əməliyyatdan sonrakı müalicəsi davam edən Viktor Osimhen idman zalında fizioterapevtlərin nəzarəti altında məşq edib.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" matçı aprelin 4-ü, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Rumıniya millisində ayrılıq - RƏSMİ

"Mançester Yunayted"in yeni transfer hədəfi

Dünya çempionatına getməyəcək ən yaxşı 15 FUTBOLÇU

"Arsenal"ın müdafiəçisi yenidən A Seriyasında çıxış edə bilər

Sara İngiltərəyə qayıda bilər

Избранный
45
50
apasport.az

10Источники