RU

Razılıqsız əl öpmək cinsi zorakılıq SAYILDI

İspaniyada razılıqsız əl öpmək cinsi zorakılıq aktı kimi tanınıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İspaniyada 2023-cü ildə baş verən insidentlə bağlı məhkəmə qərarı hüquq ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Hadisə zamanı bir kişi Madridin avtobus dayanacağında tanımadığı qıza yaxınlaşaraq onun əlini öpüb və jestlə özü ilə getməyi təklif edib.

Yerli məhkəmə bu hərəkəti cinsi zorakılıq kimi qiymətləndirərək kişiyə 1,62 min avro (təxminən 3 000 manat) məbləğində cərimə kəsib.

Məhkum qərarla razılaşmayaraq Ali Məhkəməyə şikayət edib. O, əl öpmənin qızın rahatlıq zonasına müdaxilə sayıla biləcəyini, lakin cinsi toxunulmazlığa təhdid yaratmadığını iddia edib.

Ali Məhkəmə isə əvvəlki hökmü qüvvədə saxlayıb. Maraqlıdır ki, qərarı çıxaran hakimlərdən ikisi əl öpmənin ispan mədəniyyətində bir salamlaşma forması olduğunu qeyd edərək öz narazılıqlarını bildiriblər.

Xatırladaq ki, 2022-ci ildə İspaniyada qəbul edilmiş “bəli demək bəli deməkdir” qanununa əsasən, hər hansı cinsi xarakterli təmas üçün partnyorun açıq şəkildə razılığı tələb olunur, əks halda bu, qanunla zorakılıq kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
19
interpress.az

1Источники