RU

Akif Alaferdova “Tərəqqi” medalı təqdim olunub (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamıilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycandiasporunun inkişafındakı xidmətlərinə görə“Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri,Qırğız Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi AkifAlaferdov “Tərəqqi” medalı ilə təltif olunub.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov yüksək mükafata layiq görülən tanınmış diaspornümayəndəsi Akif Alaferdovla görüşüb.

Görüş zamanı Azərbaycan diasporunun inkişafı, xaricdə yaşayansoydaşlarımızın fəaliyyətinin genişləndirilməsi, eləcə dəAzərbaycan-Qırğızıstan dostluq münasibətlərinin daha damöhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsiaparılıb.

Bildirilib ki, xaricdə yaşayan hər bir azərbaycanlınınfəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir,müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrinintəşəbbüsləri, onların milli maraqların qorunması və Azərbaycanınbeynəlxalq imicinin gücləndirilməsi istiqamətində gördükləri işləryüksək qiymətləndirilir.

Akif Alaferdov bu mükafatı onun uzunmüddətli və səmərəli ictimaifəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimidəyərləndirilib, soydaşlarımıza göstərilən həssas münasibətə,diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığınıbildirib. Soydaşımız öna göstərilən etimadı doğrultmaq üçün bundansonra da Azərbaycan diasporunun daha da gücləndirilməsi, millihəmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzununartırılması istiqamətində fəaliyyətini daha böyük əzmlə davametdirəcəyini vurğulayıb.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycandiasporunun inkişafındakı xidmətlərinə görə dövlət başçısıtərəfindən təltif olunduğu “Tərəqqi” medalı Akif Alaferdova təqdimedilib.

Görüşdə iştirak edən Qırğızıstanın Azərbaycandakı səfiri MaksatMamıtkanov qardaş ölkədə yaşayan azərbaycanlıların cəmiyyətə uğurluinteqrasiya olunduqlarını, ölkənin inkişafına mühüm töhfələrverdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Akif Alaferdov xalqlar arasında dostluğunmöhkəmlənməsi sahəsində xidmətlərinə görə Qırğızıstanın dövlətmükafatı olan “Dank” ordeni, eyni zamanda, “Diaspor fəaliyyətindəxidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltifedilib.

Akif
Akif
Akif
Akif
Akif
Избранный
51
13
az.trend.az

10Источники