RU

Aprel döyüşlərində şəhid pilotların xatirəsi yad edilib – VİDEO

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

Hərbi Memorial Məzarlıqda keçirilən tədbirdə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilərək önünə əklil və gül dəstələri düzülüb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışıb, onların gənc pilotlara örnək olduğunu qeyd ediblər.

Bildirilib ki, hərbi qulluqçularımızın əməliyyatlar zamanı döyüş meydanında nümayiş etdirdikləri şücaət və qəhrəmanlıq sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün həmin ərazilərdə şanlı üçrəngli Azərbaycan bayrağı fəxarətlə dalğalanır. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.

Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

dfbfb9216e6a19b8323db609712763a4 f6cfa206c98c0d24ff52d9aa073ae1b8 450c0bc3ab6cb7d507b2fd8960454cc4 7f6f9c911d6a557f4e3e705fbf854b90 22cee6a63a752e0c93fca71afb300a99 e039a6dc5193e222454bb85f907e8720 f4b0946485b626ccf408afc047d6e7ed

 

Избранный
4
10
poliqon.az

10Источники