RU

Bitməyən azadlıq : Rusiya Luqanskı yenə fəth etdi ekspertlər ələ salır

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskvanın Luqanskdakı döyüşlərlə bağlı növbəti açıqlaması yenə suallar doğurub.Musavat.com xarici agentliklərə xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Luqansk vilayətinin tam “azad edildiyini” üçüncü dəfə bəyan edib. Lakin mövcud məlumatlar bu iddianın reallığı əks etdirmədiyini göstərir.

İlk belə açıqlama 2022-ci ilin yayında verilmişdi. Həmin dövrdə Rusiya qüvvələri qısa müddətə vilayətin demək olar ki, bütün ərazisinə nəzarəti ələ alsa da, Ukraynanın əks-hücumu nəticəsində bölgənin bir hissəsi geri qaytarıldı və cəbhə xətti sonradan demək olar ki, dəyişməz qaldı.

2025-ci ilin iyununda isə Moskvanın təyin etdiyi “rəhbər” Leonid Paseçnik Luqanskın “100 faiz azad edildiyini” iddia etmişdi. Lakin həm müharibə ilə bağlı rusiyapərəst mənbələr, həm də müstəqil monitorinq platformaları bu məlumatı təkzib edərək bəzi yaşayış məntəqələrinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qaldığını bildirmişdi.

Son açıqlamada Rusiya Müdafiə Nazirliyi heç bir konkret detal təqdim etməyib. Mart ayında həm Ukrayna, həm də Rusiya mənbələri Luqansk vilayətinin müəyyən hissələrində mövqe döyüşlərinin davam etdiyini qeyd edirdi.

Ukraynalı hərbi analitik Aleksandr Kovalenkonun sözlərinə görə, Ukrayna ordusu hazırda vilayətin təxminən 80 kvadrat kilometr ərazisini nəzarətdə saxlayır.

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu dəfə də Rusiya tərəfinin iddiası nə Ukrayna mənbələri, nə də rusiyapərəst hərbi kanallar tərəfindən təsdiqlənib.

Ekspertlər qeyd edir ki, Rusiya hərbi rəhbərliyi tez-tez Ukrayna ərazilərini faktiki nəzarətə götürmədən “kreditə götürür”, yəni real vəziyyət formalaşmadan onların ələ keçirildiyini elan edir. Bu yanaşmanın ən səs-küylü nümunələrindən biri Kupyanskla bağlı olub: şəhər ötən ilin noyabrında “ələ keçirilmiş” elan edilsə də, martın sonunda orada Rusiya qüvvələrinin son dayaq məntəqəsinin lğv olunduğu bildirilmişdi. Rus ekspertlər isə orada bütün rus səgərlərinin məhv edildiyini söyləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
50
hurriyyet.az

10Источники