RU

9 uşaqdan 6 sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo” “Sumqayıt24”ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib.

Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar.

Hazırda uşaqların vəziyyətinin normal olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
13
qafqazinfo.az

10Источники