RU

Nizami Kino Mərkəzinin binasının ilkin görünüşü bərpa olunub - FOTO

Xəbər verdiyimiz kimi, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara etmiş, müxtəlif söz və ifadələr yazmışdılar.


Manset.az xəbər verir ki, görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb.

Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub. 

Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin  tələbidir.

Избранный
4
12
manset.az

10Источники