RU

Avropa ölkəsi İsrailə ultimatum verdi! Pilotsuz təyyarələrlə bağlı razılaşma təhlükədədir

Rumıniya Müdafiə Nazirliyi İsraildə yerləşən Elbit Systems şirkəti ilə pilotsuz uçuş aparatlarının (PUA) təchizatı müqaviləsini ləğv etməyi düşünür.

Turkustan.az xəbər verir ki, Müdafiə naziri Radu Miruta jurnalistlərə bildirib ki, təxminən 427,2 milyon dollar dəyərində olan müqavilə çatdırılma gecikmələri səbəbindən ləğv edilə bilər.

2022-ci ildə imzalanan müqaviləyə əsasən, tədarüklərə 2025-ci ildə başlamaq planlaşdırılırdı. Lakin Elbit Systems şirkətinin fors-major hallarını əsas gətirərək üç dəfə təxirə salma tələb etdiyi bildirilir.

Bildirilib ki, Rumıniya tərəfi ilk iki təxirəsalmanı qəbul edib, lakin şirkət gecikmələrə görə təxminən 60 milyon avro cərimə yığıb.

Nazir Miruta gecikmələrin təkcə cədvələ deyil, həm də texnoloji etibarlılığa təsir etdiyini qeyd etdi. O, bəzi sistemlərin gec təhvil verildiyi təqdirdə köhnələ biləcəyini və müqavilənin ləğv edilməsi ehtimalının qiymətləndirildiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
33
1
turkustan.az

2Источники