RU

Problemli kreditlər niyə artır?- Ekspert səbəbləri açıqladı

Bu ilin mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata əsasən bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.

Xatırladaq ki, cari ilin fevral ayının 1-nə bu məbləğ 557,5 milyon manat olub.

"Ölkə.az" xəbər verir ki, iqtisadçı Xalid Kərimli musavat.com-a bildirib ki, baxmayaraq ki, problemli kreditlərin faiz etibarilə səviyyəsi artır, ümumi portfelə nisbətdə aşağı olaraq qalır, yəni, 3 faizdən aşağıdır:

“İlin əvvəlindən bu məbləğ 7.15 faiz artıb, amma işlək kreditlərin ümumi kredit portfelinə nisbətində əhəmiyyətli dəyişiklik yoxdur. Son on iki ayda bu nisbət 2.5-2.8 arasında dəyişir. Biznes kreditlərində 3 faiz, istehlak kreditlərində 3.3 faiz, ipoteka kreditlərində isə 0.7 faizdir. Yəni, vəziyyət qorxulu deyil. Lakin problemli kreditlərin məbləğinin artması təhlükəli olmasa da yaxşı hal deyil. Bunun müxtəlif səbəbləri var-inflyasiya, əhalinin nominal gəlirlərinin artımının inflyasiyadan çox da üstün olmaması-cəmi 1.4 faizlik artım olub, faiz dərəcələrinin sürətli artımı-son 2-3 ildə müxtəlif kredit növləri üzrə faiz dərəcələri 25-30 faiz artıb, yəni orta faiz dərəcələrində artım var. Buna baxmayaraq, narahatedici məqam yoxdur”.
İqtisadçı əlavə edib ki, daha çox kredit verildiyi üçün problemli kreditlərin məbləği də artır. X.Kərimlinin sözlərinə görə, ümumi kredit portfelində il üzrə 15-18 faizlik artım müşahidə olunur.

Избранный
1
3
olke.az

4Источники