RU

Mədəniyyət Nazirliyindən deputatın oğluna məxsus şirkətə 1,8 milyonluq sifariş

Lənkəranın məşhur "Dairəvi qalası" təmir olunacaq


Nadir şah Əfşardan yadigar qalan Lənkəran şəhərindəki "Dairəvi Qala" ("Zindan") bərpa ediləcək. 

Qaynarinfo xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC bununla bağlı tenderə yekun vurub. 
Tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Qalanın bərpasına görə şirkətə 1 872 243 manat ödəniləcək. 


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. 

"Diler İnşaat" QSC inşaat sektorunda fəaliyyət göstərir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğlu, təsisçisi isə Orxan Quluzadədir. 
Seyid



Избранный
3
1
azia.az

2Источники