RU

Tülin Şahin əməliyyat olundu:erkən diaqnoz həyatını xilas etdi

Türkiyəli model Tülin Şahin süd vəzində aşkarlanan şiş səbəbindən əməliyyat olunub.

Musavat.com xəbər verir ki, model əməliyyatdan sonra verilən analizlərin nəticələrini bölüşüb. Model bildirib ki, əməliyyatdan sonra aparılan analizlərin nəticələrinə əsasən döşündəki şiş xoşxassəli (yəni xərçəng olmayan) çıxıb.  

Tülin Şahin paylaşımında xüsusilə erkən diaqnozun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, mütəmadi tibbi yoxlanışlardan keçməsi sayəsində problem vaxtında aşkar edilib və ciddi fəsadların qarşısı alınıb: “Erkən diaqnoz bu dəfə həyatımı xilas etdi.”

Model həmçinin qadınlara müraciət edərək onları sağlamlıqlarına diqqət yetirməyə, mütəmadi müayinələrdən keçməyə çağırıb.

Könül

Musavat.com

Избранный
34
musavat.com

1Источники