RU

Yüksək Liqa: “Turan” və “DH Volley” yarımfinalda! – ARENA.AZ

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 1/4 final mərhələsinin ikinci oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun günündə baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksəlmiş ilk iki komanda müəyyənləşib.

Doğma meydanda “Murov”u qəbul edən “Turan” Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.

Eyni hesab “DH Volley” – “Azərreyl” matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.

Xatırladaq ki, “Turan” və “DH Volley” ilk matçlarda da inamlı qələbə qazanmışdılar – 3:0.

1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq. “Milli Aviasiya Akademiyası” “Abşeron”la, “Gəncə” isə UNEC-lə cavab oyununa çıxacaq.

Yüksək Liqa
1/4 final
2 aprel

“Turan” – “Murov” 3:0 (25:17, 25:19, 25:23)

“DH Volley” – “Azərreyl” 3:0 (25:17, 25:21, 25:17)

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
2
6
arena.az

10Источники