
Rusiyada miqrantların “etnik anklavlar” yaratmasının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi zəruridir. Bu çağırışı Dmitry Medvedev Təhlükəsizlik Şurası sədrinin müavini kimi qurumun idarələrarası komissiyasının iclasında səsləndirib.
Onun sözlərini “Kommersant” nəşri yayıb.
“Bu məsələ rezonans doğurur, onun haqqında çox danışılır və yazılır. Bu mövzu, şübhəsiz ki, xüsusi diqqət tələb edir. Xaricilərin kompakt şəkildə yaşaması, ümumiyyətlə, təkcə bizdə deyil, digər ölkələrdə də onların adaptasiyasına kömək etmir”, – deyə Medvedev bildirib.
O əlavə edib ki, belə vəziyyət həm də qanunların düzgün tətbiqinə və qanunlara riayət olunmasına mənfi təsir göstərir.
Dmitry Medvedev həmçinin əcnəbilərin tibbi müayinəsi ilə bağlı qanunvericiliyin qəbulunun gecikdirilməməsinə çağırıb. Onun sözlərinə görə, təhlükəli xəstəliklər aşkarlanan xarici vətəndaşlar dərhal ölkədən çıxarılmalıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта