RU

Salyanda dörd otaqlı EV YANDI

Ajans.az xəbər verir ki, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan ev tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.(unikal)

Избранный
19
8
Ajans.az

7Источники