Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ başverib.
Trend xəbər verir ki, bu barədə TürkiyəninFövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumatyayıb.
Məlumata əsasən, zəlzələnin episentri Sındırğı rayonunda olub.Yeraltı təkanların ocağı 10,55 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.