Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazasya raket düşüb. Sursatın kim tərəfindən buraxıldığı hələlik məlum deyil.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyinə İtaliya Müdafiə Nazirliyindəki mənbələr məlumat veriblər.
Qeyd olunub ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində olan İtaliya kontingentindən heç kim xəsarət almayıb. Yalnız tikililərə cüzi ziyan dəyib.
Hazırda Livanda 1 000-dən çox italyan hərbçi fəaliyyət göstərir.