RU

Quba sakinlərinin özünəməxsus Novruz ənənəsi: Hər kəs ürəyində arzu tutur və səmənini çaya atır VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qubada hər il Novruz bayramından 13 gün sonra "Səməniatdı" mərasimi keçirilir. Yerli sakinlər, əsasən, bayram günlərində yetişdirdikləri səməniləri Qudyalçaya atırlar. Bu adət-ənənə uzun illərdir Qubada yaşadılır.

Sakinlər bu qədim adətlə bağlı fikirlərini Baku TV ilə bölüşərək bildiriblər:

"Gözümüzü açandan ata-babamızdan belə görmüşük. Biz də onların davamçılarıyıq."

Quba sakinlərinin özünəməxsus Novruz ənənəsi: "Hər kəs ürəyində arzu tutur və səmənini çaya atır" - VİDEO

Digər bir sakin isə bu ayinin həm mənəvi tərəfini, həm də əhəmiyyətini bu sözlərlə ifadə edib:

"Hər kəs ürəyində bir arzu-niyyət tutur və səmənini çaya atır. Əlbəttə, səmənini natəmiz yerlərə atmaqdansa, gətirib axar suya, çaya atmaq daha məqsədəuyğundur".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
oxu.az

1Источники