RU

Trampın keçmiş xüsusi nümayəndəsi ABŞ ni yeni müdafiə alyansı yaratmağa çağırıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranla müharibədə NATO-nun səmərəsiz olduğunu hesab edən ehtiyatda olan general-leytenant Kit Kelloq ABŞ-ni yeni müdafiə alyansı yaratmağa çağırıb. Onun sözlərinə görə, yeni alyansa Ukrayna da daxil ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat verib.

Kelloq bildirib ki, NATO-nu əvəz etmək lazımdır, çünki təşkilat İranla münaqişə zamanı zəif və qeyri-effektiv olub.

K.Kelloq alternativ müdafiə strukturuna daxil edilə biləcək ölkələr sırasında Yaponiya, Avstraliya, Almaniya, Polşa və Ukraynanın adını çəkib.

"Mövcud müdafiə alyanslarını yenidən nəzərdən keçirmək, bəlkə də Yaponiya və Avstraliya ilə, eləcə də döyüşə hazır olan bəzi Avropa ölkələri - məsələn, Almaniya və ya Polşa ilə yeni bir alyans yaratmaq lazımdır. Hətta Ukrayna da özünü yaxşı müttəfiq kimi sübut edib", - deyə Kelloq vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
oxu.az

1Источники