RU

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

Qahirə, 3 aprel, AZƏRTAC

İranın Kərəc şəhərində əsas körpünün ABŞ tərəfindən gün ərzində iki dəfə müxtəlif vaxtlarda raketlərlə vurulması nəticəsində 8 nəfər ölüb, 95 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, İranın rəsmi mediasının məlumatına görə, ikinci raket zərbəsi axtarış-xilasetmə qrupları körpüdə olarkən həyata keçirilib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
94
5
azertag.az

6Источники