RU

Qidanın keyfiyyətsizliyi kaloridən asılı olmayaraq bədənə ziyan verir Yeni araşdırma

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Beynəlxalq alimlər qrupunun araşdırmasına görə, hətta qısamüddətli ultra emal olunmuş qidalara keçid belə maddələr mübadiləsini poza və reproduktiv sağlamlığa təsir göstərə bilər.

Oxu.Az xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Cell Metabolism" jurnalında dərc olunub.

Ultra emal olunmuş məhsullar - rafinə edilmiş inqrediyentlərdən və əlavələrdən: şəkər, modifikasiya olunmuş yağlar, nişastalar, dadgücləndiricilər və konservantlardan sənaye üsulu ilə yaradılmış qarışıqlardır. Bunlara qəlyanaltılar, şirin içkilər, hazır yeməklər və emal olunmuş ət məhsulları aiddir. Bu qidalar uzun müddətdir ki, piylənmə və ürək xəstəlikləri ilə əlaqələndirilir, lakin yeni araşdırma zərərin yalnız həddindən artıq yeməklə məhdudlaşmadığını göstərib.

Tədqiqatda 20-35 yaş arası 43 sağlam kişi iştirak edib. Onların hər biri üç həftə ərzində iki növ qidalanma rejiminə riayət edib - ultra emal olunmuş məhsulların üstünlük təşkil etdiyi və minimal emal olunmuş qidalar. Rasionlar zülallar, yağlar və karbohidratlar baxımından balanslaşdırılıb, iştirakçıların bir hissəsi isə həddindən artıq qidalanmanın təsirini istisna etmək üçün eyni miqdarda kalori alıb.

İştirakçıların çəkiləri təbii qidalanma dövrü ilə müqayisədə orta hesabla 1.3-1.4 kiloqram artıb. Üstəlik, əzələ kütləsi deyil, məhz yağ kütləsi çoxalıb.

Paralel olaraq metabolik göstəricilər də pisləşib: ümumi xolesterin səviyyəsi artıb.

İştirakçıların bir hissəsində diastolik təzyiq də yüksəlib. Xüsusilə nəzərəçarpan dəyişikliklər reproduktiv sistemə aid olub. Kişilərdə spermatogenezi tənzimləyən follikul stimullaşdırıcı hormonun səviyyəsi azalıb, testosteronun azalması və spermatozoidlərin hərəkətliliyinin pisləşməsi meyillərii müşahidə edilib.

Bundan əlavə, ultra emal olunmuş pəhrizdən sonra iştirakçıların qanında ftalatlarla - plastikdəki maddələrlə əlaqəli birləşmələrin yüksək səviyyəsi aşkar edilib, həmçinin əhvali-ruhiyyənin tənzimlənməsi üçün vacib olan litiumun səviyyəsi azalıb.

Müəlliflər vurğulayırlar ki, mənfi təsir rasionun kalori dəyərindən asılı olmayaraq özünü göstərib. Başqa sözlə, zərər yalnız qidanın miqdarı ilə deyil, həm də onun keyfiyyəti ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
88
14
oxu.az

10Источники