Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb.
Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.