Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək.
Msport.az xəbər verir ki, “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbir saat 10:00-da başlayıb.
Konfransda qurumun geridə qalmış il ərzindəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq. Həmçinin maliyyə hesabatları, müstəqil auditorun hesabatı və digər məsələlər barədə məlumatlar veriləcəyi gözlənilir.