RU

Azərbaycan Astanada keçirilən beynəlxalq konfransda təmsil olunub

Bakı, 3 aprel, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərində “Xəstəxanayaqədərki və hospital mərhələlərində ürək-ağciyər reanimasiyasına müasir yanaşmalar” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov təmsil edib. O, konfrans çərçivəsində “Kardiogen şoklu pasiyentlərin xəstəxanayaqədər mərhələdə erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda çıxış edib və təcili tibbi yardım sahəsində innovativ yanaşmalar barədə təcrübəsini bölüşüb.

Konfrans zamanı ağır və kritik vəziyyətdə olan pasiyentlərin erkən diaqnostikası və idarə olunmasında innovativ yanaşmaların inkişafına verdiyi töhfələrə görə Mirələm Calalov Qazaxıstan Respublikası Təcili Tibbi Yardım Assosiasiyası tərəfindən “Üzdik qızmetker” (əlaçı işçi / üstün xidmət) nişanı ilə təltif olunub.

Qeyd edək ki, tədbir müxtəlif ölkələrdən aparıcı mütəxəssisləri bir araya gətirərək ürək-ağciyər reanimasiyası sahəsində ən son yeniliklərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Onu da bildirək ki, Mirələm Calalov tərəfindən “Xəstəxanayaqədərki mərhələdə kardiogen şoklu xəstələrin erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda elmi məqalə beynəlxalq nəşrdə dərc olunub.

Избранный
25
5
azertag.az

6Источники