RU

Quru meyvə adı altında ölkəyə narkotik daşındı ƏMƏLİYYAT KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarışıq meyvə qurusu” yükündə 112 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə KONKRET.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
26
konkret.az

10Источники