RU

Azərbaycanda qadın qəribə səbəbə görə döyüldü: Gəl yataq otağına...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Neftçala rayonunda 37 yaşlı kişi ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı özündən 9 yaş kiçik həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 23-də rayonun kəndlərindən birində baş verib. 1989-cu il təvəllüdlü Sədi həmin gün saat 21.30-a birlikdə yaşadıqları evin eyvanında 1998-ci il təvəllüdlü həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadının baş nahiyəsinə yumruq və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurub, daha sonra döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sədinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sədi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Sədi ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Vüsalə mənim arvadımdır və biz təxminən 10 ildir ki, rəsmi nikahla evliyik. Həmin nikahdan iki uşağımız doğulub. Mən Beyləqan rayonuna işləmək üçün getmişəm və oktyabrın 23-də, günorta saatlarında yaşadığım evə qayıtdıq. Təxminən bir saat evdə uzandıqdan sonra yeyib-içmək üçün qonşuya getmək qərarına gəldim. Qonşuda yeyib-içdikdən sonra saat 20 radələrində öz evimə qayıtdım. Həmin vaxt spirtli içki də qəbul etmişdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadığı evə gedən zaman oğlu Nurlanın onun yatağında yatdığını görüb: “Arvadım da oğlumun otağında yatıb. Vüsaləyə öz otağına gəlməsini dedim. O, buna etiraz etdi və yataq otağına gəlmədi. Həmin vaxtı Vüsalədən telefonunu istədim. O, da telefonunu vermədi. Vüsalədən telefonu niyə vermədiyini soruşdum. O, heç bir səbəb demədən yenidən buna etiraz etdi. Bundan əsəbiləşdiyim üçün yaşadığımız evin eyvanında Vüsalənin üz nahiyəsinə bir şillə vurdum”. Sədinin ifadəsinə görə, daha sonra Vüsalə anasına zəng edib:“Təxminən yarım saat sonra qayınanam və qayınatam bizə taksi ilə gəldilər. Onlar Vüsaləni aparmaq istəyən zaman buna mane olmağa çalışdım. Həmin vaxt onlara qarşı heç bir nalayiq ifadə işlətməmişəm. Bundan sonra valideynləri Vüsaləni özləri ilə apardılar. Hazırda zərərçəkmiş şəxslə ayrılıqda yaşayırıq, barışmamışıq. Ümumi nikahdan doğulmuş iki uşağım hazırda mənim yanımdadırlar.

Yəni uşaqlarımın bütün qayğılarını çəkirəm. Əməlimdən də peşmanam. Barəmdə amnistiya aktının tətbiq edilməsini istəyirəm”.İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, Sədi ilə evli olduqları müddətdə tez-tez mübahisələr yaradıb:“Sədi məlum hadisədən bir ay əvvəl olardı ki, Qarabağ bölgəsinə işləmək üçün gedib. Oktyabrın 23-də Sədi yaşadığımız evə qayıtdı. Evə qayıtdıqdan bir müddət sonra yeyib-içmək üçün qonşuya gedəcəyini dedi. Təxminən bir-iki saat sonra spirtli içkinin təsiri altında evə qayıtdı. Həmin vaxt böyük oğlum Nurlan atası ilə yatmaq istədiyini dedi, atası evə gələnə qədər onun yatağında yatdı. Sədi evə gəldikdən sonra Nurlanın niyə onun yatağında yatdığını soruşdu və uşağı oradan götürməyimi istədi. Sədiyə uşağın yatdığını və yataqdan götürməyəcəyimi bildirdim”. Zərərçəkmişin sözlərinə görə, daha sonra Sədi onun üzərinə gəlib, onun baş nahiyəsinə yumruq zərbələri və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona xəsarət yetirib: “Həmin vaxt yanımıza qayınatam gəldi. Sədi yaşadığımız evin eyvanında məni yenidən vurmağa başladı. Bundan sonra anama telefonla zəng edərək məni aparmalarını istədim. Təxminən yarım saat sonra valideynlərim gələrək məni öz yaşadıqları evə apardılar”. Neftçala Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq olunub və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники