RU

"Biz bu uğuru nə şişirtmək, nə kiçiltmək istəyirik" - Cahangir Fərəcullayev

“U-20-DÇ ilə bağlı əlavə əlavələr etmək istəyirəm. Sentyabrda məşqçi postunda baş verən məlum dəyişiklikdən sonra yaxşılığa doğru davam etdi. Ayxan Abbasov taktiki dəyişikliklər edib. Biz "FİFA Series'də bunun qığılcımlarını gördük. Biz bu uğuru nə şişirtmək, nə kiçiltmək istəyirik".

Bu sözləri AFFA-nın Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev deyib. Onun fikirləri:

"12 komandanın oynaması rəqabətin artmasına gətirib çıxardı. Legioner limitinin ləğvi azarkeşlər tərəfdən daha böyük marağa səbəb olub. “Qarabağ” - “Sabah” matçında son 10 ilin rekordu qeydə alındı. Hakimlərlə bağlı da dəyişikliklər oldu. Çempionatın yararlı yeri infrastrukturdu. “Karvan-Yevlax” öz meydanına qayıtdı. Gəncə və Tovuzda da gələn mövsümdən oyunlar keçiriləcək. Ağsu şəhər stadionu premyer-liqa standartlarına uyğunlaşdıracaq. "Liv Bona Dea Arena" da təmir olunacaq. "Bayıl Arena" mayda əsaslı təmirə bağlanacaq. Eyni layihə çərçivəsində iki mərkəz də açılacaq. Uşaq və yeniyetmələrlə bağlı layihələr AFFA-nın foks-layihəsidi. Məqsəd “piramida” layihəsidi. C və D kateqoriyalı məşqçilər yetişdirməkdi. Sonra isə B, A, Pro kateqoriyası almaqlarıdı".
Избранный
37
football-plus.az

1Источники