RU

Bolqarıstanda sərnişin qatarı relsdən çıxıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Bolqarıstanın mərkəzi hissəsində, Stara Zaqora bölgəsindəki Maqlij bələdiyyəsinin Dabovo və Raduntsi stansiyaları arasında sərnişin qatarı relsdən çıxıb.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Dövlət Dəmir Yolları şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə yerli vaxtla saat 07:30-da baş verib, sərnişinlər arasında xəsarət alan olmayıb.

Məlumata görə, qəzaya səbəb relslərə daş düşməsi olub və nəticədə lokomotiv, həmçinin iki vaqon relsdən çıxıb.

Daxili İşlər Nazirliyinin Regional İdarəsi hadisə yerinə polis əməkdaşlarının cəlb edildiyini və ərazidə araşdırma aparıldığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники