RU

Min Aunq Hlainq Myanma prezidenti seçilib

ain.az, Azertag saytına istinadən bildirir.

Pekin, 3 aprel, AZƏRTAC

Myanma parlamentində keçirilmiş seçkidə Dövlət İdarə Şurasının Sədri Min Aunq Hlainq qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Min Aunq Hlainq səslərin yarıdan çoxunu qazanıb.

Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlainqin əlinə keçib. Myanma Prezidenti Vin Min, dövlət müşaviri Aun San Su Kyi, həmçinin digər yüksək vəzifəli məmurlar 2020-ci ilin noyabrında keçirilmiş seçkiləri saxtalaşdırmaq ittihamı ilə həbs edilib, habelə ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
5
azertag.az

10Источники