RU

Sumqayıtın bu qəsəbəsində də qaz olmayacaq 

Sumqayıt şəhəri Corat qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Bildirilib ki, buna səbəb ərazidə 500 Şkaf Tipli Qaz Tənzimləyici Məntəqənin (ŞQTM) yenisi ilə əvəz olunmasıdır. Görüləcək işlərlə əlaqədar olaraq, təxminən 1000 abonentin qaz təchizatı bu gün saat 11:30-dan etibarən dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilib.

Poliqon.info

Избранный
2
15
poliqon.info

10Источники