RU

Tarif Şurasına tapşırıq verildi: Şuşa yolunun ödənişi müəyyənləşəcək

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir ƏliƏsədov müvafiq qərar imzalayıb.

Trend xəbərverir ki, qərarda ödənişin məbləği ilə bağlı da tapşırıqlarmüəyyənləşib.

Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasıödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçünödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqlatəsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəligələn məsələləri həll etməlidir.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Избранный
37
2
az.trend.az

2Источники