RU

Günəşdə güclü partlayış baş verib

Aprelin 2-də axşam saatlarında Günəşdə çox güclü partlayış qeydə alınıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

 

Günəşdə partlayış Bakı vaxtı ilə 22:15-də qeydə alınıb. M3.5 sinifli partlayış 69 dəqiqə davam edib.

 

Xatırladaq ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Избранный
40
13
senzor.az

10Источники