RU

Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırmayacaq



Avropa İttifaqı 2026-cı ildə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına son qoymaq üçün heç bir tədbir görmək niyyətində deyil.

Newscenter.az xəbər verir ki, bu barədə Financial Times (FT) Avropa enerji komissarı Den Yorgensenə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Yorgensen nəşrə verdiyi müsahibədə 2026-cı ildə Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına son qoyulmasına yönəlmiş Aİ qanunvericiliyində heç bir dəyişiklik olmayacağı ilə bağlı mövqeyini təsdiqləyib.

Əlavə enerji təchizatını təmin etmək üçün Avropa Komissarı üzv ölkələrə ABŞ-a və azad bazarda fəaliyyət göstərən digər tərəfdaşlara müraciət etməyi tövsiyə etdi.

Avropanın Bruegel beyin mərkəzinin məlumatlarına əsaslanan hesablamalarına görə, hərbi münaqişə səbəbindən Yaxın Şərqdən daşınmaların dayandırılması fonunda Rusiyanın Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükü mart ayında tarixi maksimuma çatıb.

Anar
Избранный
38
1
newscenter.az

2Источники