RU

Tarif Şurasına tapşırıq verildi: Şuşa yolunun ödənişi müəyyənləşəcək

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Qərarda ödənişin məbləği ilə bağlı da tapşırıqlar müəyyənləşib.Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməlidir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
2
olaylar.az

2Источники