RU

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

Prezident Donald Tramp Pam Bondini ABŞ Baş prokuroru vəzifəsindən azad edib. Ağ Evdən bildirildiyinə görə, işdən çıxarma ABŞ administrasiyasında onun fəaliyyətindən artan narazılıqdan sonra baş verib. 

Reuters agentliyi xəbər verir ki,  Tramp Bondinin Ceffri Epşteyn işinin idarə olunmasından narazı olub. 

CNN-in məlumatına görə, prezident həmçinin baş prokuroru şəxsi düşmən hesab etdiyi siyasətçilərə qarşı kifayət qədər ittiham irəli sürmədiyi üçün tənqid edib.

Ağ Ev rəhbəri  onun "özəl sektora" keçəcəyini bildirib və keçmiş şəxsi vəkili, Bondinin müavini Todd Blanşı Baş prokuror vəzifəsini icra edən  təyin edib. Kristi Noemin ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri vəzifəsindən getməsindən cəmi bir neçə həftə sonra ikinci nazirin işdən çıxarıldığını elan edən Tramp, sosial media hesabı “Truth Social”-da Bondini "böyük vətənpərvər" adlandırıb. 

O, Blanşı "çox istedadlı və hörmətli bir vəkil" kimi təsvir edib.

Rizvan CƏFƏROV,

 “Azərbaycan”

Избранный
46
8
azerbaijan-news.az

10Источники