RU

Prezidentə sui qəsd PLANI: “Qayıt Bakıya, vəziyyət pisdir...” Sabiq hakim sirləri açır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ölkəyə müxalifət lazımdır, amma təhqir və söyüş olmamalıdır. Söyüş söyürsənsə, bu, siyasi qüvvə deyil. O qüvvələrdən biri Qurban Məmmədov. Qurban Məmmədov 1997-ci ildə Namiq Abbasovla bir iş görmək istəyirdi. İşi elə qurmuşdular ki, Heydər Əliyevə qəsd eləsinlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İsa Nəcəfov “Yeni Sabah”a müsahibəsində deyib.

“Namiq Abbasov mənə zəng elədi ki, bəs Prezidentin bir tapşırığı var, gəl bura, ona baxaq. Getdim. Qabağıma iki vərəq qoydu, oxudum. İkinci səhifəyə keçəndə, dedim bunlar prezidenti öldürmək üçün plan qurublar.

MTN-in istintaq şöbəsinin rəisi var idi, Rüfət Mansurov. Qayıtdı ki, İsa müəllim, mən iki həftədir bunlara deyirəm, bunlar məni eşitmək istəmirlər. Dedim, tez get cinayət işi başla və Qurbanın həbsi ilə əlaqədar qərar qəbul elə, gətir, mən sanksiyaya qol çəkim. Getdi, cinayət işi başladı, qərar yazdı, gətirdi, mən sanksiyanı verdim. Namiq Abbasov qayıtdı ki, Qurban Məmmədov sənin tələbə yoldaşın deyil? Dedim, mən 1979-da qurtarmışam, Qurban 1981-də, yoxsa 82-də hüquq fakültəsinə daxil olub. O hardan mənim tələbə yoldaşımdır? Dedi, bəs Eldar Həsənov deyir ki, Qurban sənin tələbə yoldaşındır. Dedim, günah Eldarındır. O mənim tələbə yoldaşım deyil.  Belə oyunlar gedirdi, başa düşürsünüz? Qurban Məmmədovu mənimlə bağlamaq istəyirdilər. O da getdi, 7 il cəza aldı. Qabiliyyəti var, amma öz gücünü öz marağı üçün istifadə eləyir. Vətənini, Dövlətini sevən adam ilk növbədə dövlətin, vətənin marağını qorumalısan”, – o bildirib.

İsa Nəcəfov qeyd edib ki, 1995-ci ildə Türkiyə hökuməti Heydər Əliyevə sui-qəsd olunacağından xəbərdar idi:

“Süleyman Dəmirəl Kopenhagendə olanda Ulu Öndərə deməyib ki, Bakıya qayıdanda səni öldürəcəklər. Bunu mənə Ulu Öndər özü dedi. “Süleyman Dəmirəl mənə dedi ki, Heydər, sən qayıt Bakıya, orda vəziyyət pisdir. Amma sui-qəsdlə bağlı mənə heç nə demədi”. Mən bunu kitabda da yazdım”.

Qeyd edək ki, bu vaxta qədər S.Dəmirəlin Heydər Əliyevi sui-qəsddən xəbərdar etdiyi deyilirdi. Bu baxımdan İ.Nəcəfovun “Dəmirəl sui-qəsdi gizlətdi” iddiası diqqət çəkir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
globalinfo.az

3Источники