
ABŞ Müdafiə naziri Pit Heqset Baş Qərargah rəisini və 2 generalı işdən çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Heqset general Rendi Corca dərhal təqaüdə çıxmağı tapşırıb, həmçinin general-mayor Uilyam Qrin və general Devid Hodne də vəzifəsindən azad edilib.
Qərar Prezident Donald Trampın İranla bağlı çıxışından bir gün sonra verilib.
Tramp çıxışında ABŞ-nin İrana hücumlarını gücləndirəcəyinə işarə etmişdi.