ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclis nəqliyyat vasitələrinin təmiri üçün mart ayında 14 897,5 manat xərcləyib.
Modern.az-ın əldə etdiyi məlumata görə, parlament 2026-cı il üzrə avtomobillərin cari təmiri və ehtiyat hissələrinin alınmasına 14 897,5 manat xərcləyib.
Satınalma açıq tender üsulu ilə həyata keçirilib və qalib şirkət "AzerTexServis" MMC olub. Müqaviləyə əsasən, işlər 16 mart 2026-cı ildə başlayıb və 20 mart tarixində başa çatıb.
Qeyd edək ki, bu vəsait Milli Məclisin balansında olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılması, cari təmir işlərinin aparılması və ehtiyat hissələrinin təmin edilməsi məqsədilə istifadə olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.