RU

Ən çox bankçılıq mükafatını ABB qazandı!

Bakı. Trend:

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan BanklarAssosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bunominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb:

“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”,“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirməlayihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığıdəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyəəlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABAüzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalqəməkdaşlığın inkişafında fərqlənən bank”.

Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox saydabankçılıq mükafatıdır.

2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativlayihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellektmodellərinin sayını 176-a çatdırıb. Səsli süni intellektköməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul vəxidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının90%-nin kağızsızlaşdırılmasına nail olub.

ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. Ocümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçiksahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yenifunksionallıqlarla daha da inkişaf etdirib.

İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusiləkibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılmasıüçün geniş kampaniyalar həyata keçirib.

Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib.Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çoxbeynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcəartan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ıntəşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və BöyükBritaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıqsindikatlaşdırılmış kredit cəlb edib.

ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana,ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstəklayihələrini də il ərzində uğurla davam etdirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Избранный
26
9
az.trend.az

10Источники