RU

Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Marja.az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər təşkil etmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayının 11 faizə yaxın azalmasına Fevralın sonundan ABŞ və İsrailin İrana hücum etmələri, İranın ərəb ölkələrinə əks hücumlar təşkil etməsi və körfəz ölkələrinə uçuşların dayandırılması da səbəb olub.

Избранный
16
1
marja.az

2Источники