Bu gün səhər saatlarında İran yenidən İsraili raket atəşinə tutub.
Bizim.Media İsrail KİV-ə istinadla xəbər verir ki, raketlər İsrailin şimal bölgəsini hədəf alıb.
Təcili tibbi yardım xidməti MADA-nın məlumatına görə, Hayfa və Kiryat-Ata şəhərlərinin yaşayış məntəqələri də daxil olmaqla, yeddidən çox zərbə nöqtəsi müəyyən edilib.
Hazırda bir nəfərin xəsarət aldığı bildirilir. Yaralanan kişinin vəziyyətinin yüngül olduğu qeyd olunur və ona tibbi yardım göstərilib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта